İranda pakistanlı zəvvarları daşıyan avtobus aşıb: Ölənlər və yaralananlar var

21
Avq
09:54
thumb_down 0

İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan sərnişin avtobusu aşıb.

Bu barədə seher.media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Yəzd əyalətinin Dehşir magistralında gecə saatlarında pakistanlı zəvvarların olduğu sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər ölüb, 23 nəfər isə yaralanıb", - deyə hadisə ilə bağlı İranın Yol Polisi İdarəsinin rəisi general Teymur Hüseyni bildirib.