Gəncənin bəzi ərazilərində qaz kəsildi

21
Avq
10:18
thumb_down 0

Gəncə şəhərinin bəzi ərazilərində təbii qazın verilişi dayandırılıb.

"Report"un məlumatına görə, buna səbəb 1-ci şəhər xəttində aparılan kipliyə sınaq və digər təmir-bərpa işləridir.

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.