Sumqayıtda QƏZA: 19 yaşlı sürücü öldü

21
Avq
11:36
thumb_down 0

Sumqayıtda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Saray körpüsünün yaxınlığına qeydə alınıb.

1961-ci il təvəllüdlü Namiq Sabir oğlu Ağayevin idarə etdiyi 16-19 saylı xətt üzrə işləyən PAZ markalı 10-JR-983 nömrə nişanlı avtobusla 2005-ci il təvəllüdlü Cavidan İsmayıl oğlu Mirzəyevin idarə etdiyi, özünə məxsus "Xəzər" markalı 20-EK-097 nömrə nişanlı avtomobil toqquşub.

Cavidan Mirzəyev qapalı kəllə-beyin travması xəsarəti alıb və Sumqayıt Təcili Tibbi Yardım Xidmətinin Reanimasiya Şöbəsinə yerləşdirilib. 19 yaşlı sürücü xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.