Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

22
Avq
09:18
thumb_down 0

Bakının Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Namazov Şahsuvar Qəzənfər oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.