Güney Azərbaycanda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: Çox sayda yaralanan var

22
Avq
11:18
thumb_down 0

İranın Qəzvin əyalətində Ərbəin mərasiminə zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Bu barədə seher.media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Bu gün səhər saatlarında 44 zəvvarı daşıyan avtobus Qəzvin-Rəşt magistralında Kuhin bölgəsində "Nissan" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə 15 sərnişin yaralanıb", - deyə Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Fərhad Zakeri Məneş bildirib.

Onun sözlərinə görə, dörd nəfər dərhal xəstəxanaya aparılıb, digər zərərçəkənlər isə ambulator müalicə olunublar.