Bill Klinton ölümünün yaxınlaşdığını deyib

23
Avq
08:36
thumb_down 0

Bu yaxınlarda 78 yaşı tamam olmuş ABŞ-nin keçmiş Prezidenti Bill Klinton Demokratlar Partiyasının Milli Qurultayında çıxışı zamanı boğuq səslə danışaraq, gələcək qurultaylarda iştirak edə bilməyəcəyini deyib. Məəttəl qalmış tamaşaçılar onun çıxışı zamanı əllərinin titrədiyinə diqqət yetiriblər.

seher.media xəbər verir ki, bu barədə "The New York Post" yazır.

Qeyd olunur ki, Ağ Evin keçmiş rəhbəri vitse-prezidentliyə namizəd Tim Uolz üçün çıxış edib və dəfələrlə öləcəyi barədə xatırladıb.

"Səmimi olaraq deyirəm, daha neçə çıxışda iştirak edə biləcəyim barədə heç bir fikrim yoxdur. Mən 76-cı ildə başlamışam və o vaxtdan bəri hər qurultayda olmuşam, yox, 72-ci ildən. İlahi, mən qocalıram", - o bildirib.

Eks-prezident 27 dəqiqəlik çıxışında dəfələrlə çaşıb.

"Gəlin mətləbə keçək, mən çox qocalmışam. İki gün əvvəl 78 yaşım tamam oldu, mən dörd nəsildir ki, ailəmdə ən yaşlı kişiyəm. Şəxsən demək istədiyim yeganə şey odur ki, mən hələ Donald Trampdan (iyunda 78 yaşı tamam oldu) gəncəm", - deyə Klinton zarafat etməyə çalışıb.

Klinton, həmçinin Kaliforniyada sponsora məxsus 37 milyon dollarlıq rançoda istirahət edən Prezident Baydeni də tərifləyib.