Bəzi şəxslərin fotolarını yandıran şəxs müəyyənləşdirildi

24
Avq
10:18
thumb_down 0

Sosial şəbəkə səhifələrində radikal dini təbliğat aparan və bəzi şəxslərin fotolarının yandırılmasını əks etdirən görüntülər yayılıb.

Bununla bağlı "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülər polis əməkdaşlar tərəfindən araşdırılıb.

Məlum olub ki, əməli törədən O.Məmmədovdur və onun psixoloji problemləri var.

O, hazırda sağlamlığı ilə əlaqədar müalicə olunur.