Alek Bolduinə qarşı ittihamlar yenidən bərpa oluna bilər

6
Sen
02:54
thumb_down 0

ABŞ-də "Rust" ("Pas") filminin çəkilişi zamanı operator Qalina Hatçinsin ölümü ilə bağlı məşhur aktyor Alek Boldvinə qarşı ittihamların yenidən bərpa oluna biləcəyi bildirilir.

seher.media-ın verdiyi məlumata görə, bu barədə "The Washington Times" xəbər yayıb.

Məlumata görə, xüsusi prokuror Kari Morrissi Nyu-Meksiko ştatının hakiminə müraciət edərək, aktyordan "ehtiyatsızlıqdan adam öldürmə" ittihamının götürülməsi barədə qərarın yenidən nəzərdən keçirilməsini xahiş edib.

Morrissinin sözlərinə görə, aktyordan ittihamların götürülməsi barədə iyul qərarını dəstəkləyən faktlar kifayət deyil. O, həmçinin bildirib ki, Bolduinin hüquqları pozulmayıb.

Xatırladaq ki, Bolduinə qarşı iş polis və prokurorluğun bu işlə bağlı sübutları müdafiədən gizlətməsi əsasında bağlanıb. İşin bağlanmasına səbəb olan sübut şerif ofisinə gətirilən döyüş sursatı olub. Onları gətirən şəxs bildirib ki, bu sursatlar Hatçinsin qətli ilə əlaqəli ola bilər. Prokurorlar isə sursatı əlaqəsiz və əhəmiyyətsiz hesab ediblər. Bolduinin vəkilləri isə bu sübutların gizlədildiyini və işin xitam verilməsi üçün məhkəmədə vəsatət qaldırdıqlarını iddia ediblər. Hakim onların vəsatətini qəbul edib.