Şuşa sakini: "Altı yaşımda çıxarıldığım doğma yurduma 40 yaşımda qayıdıram"

7
Sen
06:54
thumb_down 0

"Altı yaşımda çıxarıldığım doğma yurduma 40 yaşımda qayıdıram. Şükür ki, bu günləri də görmək bizə nəsib oldu".

"Report" xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün Namiq Tanrıverdiyev deyib.

"İnşallah, doğma Şuşamızda toylar olsun. Biz doğma yerləri əvvəlkindən daha gözəl edəcəyik. Bu sevinci bizə yaşatdığına görə şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandana və Ordumuza var olun deyirəm, qazilərimizə cansağlığı diləyirəm", - deyə o bildirib.