İsrail HƏMAS-ın təhlükəsizlik qüvvələrinin rəis müavinini məhv etdi

8
Sen
14:00
thumb_down 0

Fələstinin radikal HƏMAS hərəkatının daxili təhlükəsizlik rəhbərinin müavini Qəzza zolağının şimalında İsrailin hava hücumu nəticəsində həlak olub.

seher.media bu barədə "The Times of Israel" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, söhbət polkovnik Məhəmməd Mursidən gedir. O, ailəsinin 3 üzvü ilə birlikdə Cəbəliyədəki evinə hücum zamanı həlak olub.