İstanbulda çinəsilli iş adamının şübhəli ölümü: Evdən kimyəvi maddə qoxusu hiss edilib

10
Sen
15:35
thumb_down 0

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayan çinəsilli iş adamı evində ölü tapılıb.

Bu barədə seher.media NTV.com.tr-yə istinadən xəbər verir.

Evli və bir övlad sahibi olan, əsl adı Yuan Bai olduğu halda, 4 il əvvəl adını Yunus Deniz olaraq dəyişdirən və Türkiyə vətəndaşlığını alan iş adamının ölümü ilə bağlı istintaq başladılıb. Denizin cəsədinin tapıldığı evdən kimyəvi maddə qoxusunun gəldiyi məlum olub.

İddialara görə, 58 yaşlı Yunus Denizdən ailəsi uzun müddət xəbər tuta bilməyib. Onun ən son qayınatası və qayınanasının yaşadığı mənzildə olduğu müəyyən edilib. Yaxınları oraya gələndə qapını açan olmayıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları da cəlb edilib. Qruplar mənzildən kimyəvi maddəyə oxşar qoxu gəldiyini hiss ediblər və xüsusi geyimdə içəriyə daxil olublar.

Nəticədə Yunus Denizi yerdə hərəkətsiz vəziyyətdə görüblər və onun öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.