Qəmər Adaları İttifaqının Prezidenti hücuma məruz qaldı: Başından xəncər yarası alıb

14
Sen
02:35
thumb_down 0

Qəmər Adaları İttifaqının Prezidenti Azali Assoumani naməlum şəxsin hücumuna məruz qalaraq xəncər yarası alıb.

seher.media TASS-a istinadən xəbər verir ki, bu barədə "Habari za Comores" portalı məlumat yayıb.

Zərbə onun başına dəyib, lakin yara təhlükəli deyil.

Qeyd olunur ki, prezident anım mərasimində iştirak etmək üçün Salimani kəndinə gedib və orada hücuma məruz qalıb. Cinayətkar saxlanılıb və dindirilir.