Meymunçiçəyi üçün ilk peyvənd təsdiqləndi: ÜST ilk kimlərə vurula biləcəyini elan etdi

14
Sen
03:35
thumb_down 0

ÜST meymunçiçəyi xəstəliyinə qarşı ilk peyvəndi təsdiqləyib.

Danimarkalı istehsalçı "Bavarian Nordic A/S" tərəfindən istehsal edilən MVA-BN peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin kvalifikasiyasından keçib və meymunçiçəyi xəstəliyinə qarşı təsdiq edilən ilk preparat olub.

seher.media-ın məlumatına görə, bu barədə sentyabrın 13-də ÜST-ün saytında məlumat verilib.

"ÜST elan edib ki, MVA-BN peyvəndi onun ilkin kvalifikasiya siyahısına daxil ediləcək ilk çiçək əleyhinə peyvənd olacaq", - sənəddə qeyd olunub.

Təşkilatın məlumatına görə, MVA-BN peyvəndi yoluxma riski yüksək olan 18 yaşdan yuxarı şəxslərin müalicəsində istifadə edilə bilər.

"Peyvənd dörd həftə intervalla iki doza şəklində inyeksiya kimi tətbiq edilir. Hazırda MVA-BN peyvəndi 18 yaşdan kiçik şəxslər üçün lisenziyalaşdırılmasa da, körpələr, uşaqlar və yeniyetmələr, həmçinin hamilə qadınlar və immuniteti zəif olan insanlar üçün "təyinatdan kənar" istifadə edilə bilər", - bəyanatda qeyd olunub.