Şimali Koreya Cənubi Koreyaya yenidən zibil şarları göndərib

15
Sen
02:35
thumb_down 0

KXDR yenidən zibillə dolu olduğu güman edilən hava şarlarını Koreya Respublikasına doğru göndərib.

seher.media TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya paytaxtının hakimiyyət orqanları məlumat yayıb.

Seul meriyası xəbərdarlıq edib ki, şarlardakı əşyalardan ehtiyatlanmaq vacibdir.

Qeyd edək ki, Şimali Koreya tərəfindən cənub qonşusuna tərəf göndərilən zibil şarları artıq mütəmadi hal alıb. Buna qarşılıq olaraq Cənubi Koreya KXDR-ə təbliğat vərəqələri yollayır.