Qaradağda "Mercedes" "KamAZ"la toqquşub, xəsarət alanlar var

29
May
08:18
thumb_down 0

Bakının Qaradağ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, "Mercedes-Benz" markalı minik avtomobili hərəkətdə olarkən "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Qəza zamanı 1988-ci il təvəllüdlü Ülfət Hümbət oğlu Əşrəfov və 1990-cı il təvəllüdlü Sənan Əlövsət oğlu Əliyev xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.