Biləsuvarda avropa və dünya çempionları ilə gənclərin görüşü keçirilib

29
May
12:19
thumb_down 0
27 may 2024-cü il tarixində Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş beşqat dünya çempionu Ehram Məcidov və bodybuildiung üzrə avropa çempionu Fariz Nəcəfovla idmançı və gənclərin görüşü keçirilib.
 
Dövlət himinin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılış mərasimində çıxış edən Azad Quliyev qarşıdan gələn müstəqillik günü münasibətilə bütün iştirakçıları təbrik etdi, müstəqillik tariximiz barədə gənclərə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda, azad Şuşamızda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
 
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov iştirakçıları salamlayıb, səmimi ürək sözlərini çatdırıb, tədbirin əhəmiyyətini vurğuladılar. Bildirildi ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində yaxın keçmişdə görülən işlərdən ətraflı danışılıb. Qeyd edilib ki, çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirildiyi diqqətə çatdırılıb.
 
Tədbirdə çıxış edən beşqat dünya çempionu Ehram Məcidov və avropa çempionu Fariz Nəcəfov gənclərə daim öz üzərlərində çalışmalı olduqlarını, nümunəvi,vətənpərvər bir gənc kimi yetişməyi tövsiyə etdilər.
 
Sonda isə çempionlar gənclərin suallarını cavablandırdı, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladılar.
443860208_304451596049394_7570564812381880846_n 443940797_304451459382741_4293796366628296627_n 444202506_304451292716091_8356152121434835599_n 444224665_304451542716066_1344046858347188920_n 444235633_304451329382754_2383446632270106154_n 444488150_304451202716100_7043305756466200019_n 445165443_304451092716111_4051572451465148132_n 445169722_304451256049428_1336129526865927327_n 445186331_304451426049411_885065771263432191_n 445209130_304451036049450_6429605187394235563_n