Bakıda avtobus avtomobillə toqquşdu

29
May
14:54
thumb_down 0

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

"Report" xəbər verir ki, hadisə Xaqani və Puşkin küçələrinin kəsişməsində baş verib.

Belə ki, "Hyundai Santa Fe" markalı minik maşını "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.