Kim Çen Indan Putinə unikal hədiyyə

20
İyn
12:00
thumb_down 0

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə ölkəsinə səfəri zamanı hədiyyə verib.

Məlumata görə, Kim Çen Inın Putinə hədiyyəsi iki nadir cins Pungsan ov iti olub. O, hədiyyəsini fəxri qonaqlar üçün Kumsusan iqamətgahının bağçasında təqdim edib.

Qeyd edək ki, Vladimir Putin Kim Çen Ina yeni "Aurus" avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə etmişdi.

Mənbə: İz.ru