Bakının məşhur bazarının yaxınlığında yanğın: Yolda sıxlıq yaranıb

1
Avq
15:00
thumb_down 0

Bakıda ticarət mərkəzində baş verən yanğın yolda sıxlıq yaradıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.