Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı

1
Avq
21:18
thumb_down 0

Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə Hunday markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə "saxla" işarəsi verilib. "Saxla" işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək "Hyundai" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.