Neftçalada bir ailə ağır qəzaya düşdü: Çox sayda yaralı var

2
Avq
01:18
thumb_down 0

Neftçalada ağır yol-nəqliyyat hadisəsi zamanı altı nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Pirətəvan avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Mersedes-Benz" markalı iki avtomobil toqquşub, sonra onlardan biri digər minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində Neftçala rayon sakinləri; 1963-cü il təvəllüdlü Meyrənisə İdris qızı Qasımova, 2017-ci il təvəllüdlü Nuray Baloğlan qızı Qasımzadə, 1993-cü il təvəllüdlü Nisəxanım Mirtağı qızı Qasımova, 1988-ci il təvəllüdlü Baloğlan İbrahim oğlu Qasımov, 1972-ci il təvəllüdlü Emin Həbib oğlu Mehdiyev və 1973-cü il təvəllüdlü Lazım Əli oğlu Zeynalov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.