Bakı sularındakı gəmidə yanğın üç gündür davam edir

2
Avq
12:54
thumb_down 0

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir.

Bu barədə seher.media-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aidiyyəti qüvvələr hadisə yerindədir və proses davam edir.

Xatırladaq ki, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisindəki yanğın iyulun 31-də başlayıb. "Maritime Logistics Inc" şirkətinə məxsus olduğu deyilən gəmidə hadisə zamanı xəsarət alanların olmadığı, heyətin təxliyə edildiyi bildirilir.

Bakı sularındakı gəmidə yanğın üç gündür davam edir

Bakı sularındakı gəmidə yanğın üç gündür davam edir

Aqil Vəlili