ABŞ səfirliyi vətəndaşları istənilən reyslə Livanı tərk etməyə çağırdı

3
Avq
20:00
thumb_down 0

"Bir neçə aviaşirkət Livandan uçuşları dayandırıb. Lakin ölkədən bəzi istiqamətlərə uçuşlar hələ də davam edir. Vətəndaşlarımızı istənilən reyslə Livanı tərk etməyə çağırırıq".

seher.media xəbər verir ki, bu barədə ABŞ-nin Beyrutdakı səfirliyinin "X" səhifəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, ABŞ vətəndaşları öz təhlükəsizliklərini təmin etmək məqsədilə Livanı tərk etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.